Messi və Di Mariyanın arzusu
20.01.2024 - 18:18
Messi və Di Mariyanın arzusu

Lionel Messi və Anxel Di Maria Olimpiadada oynamaq istəyirlər.

Apasport.az xəbər verir ki, hər iki futbolçu növbəti dəfə Olimpiya oyunlarının medalını qazanmaq arzusundadırlar.

Bunun üçün ilk öncə Argentina millisi yarışların finalına vəsiqə qazanmalıdır. Əgər bu mümkün olarsa D.Ç.-2022-nin qalibi olan hər iki futbolçu Xavyer Masçeranonun rəhbərlik etdiyi olimpiya millisinin şərəfini qoruyacaqlar.

Qeyd edək ki, Messi və Di Maria 2008-ci ildə Pekin Olimpiadasında Argentinanı qələbəyə aparan heytədə yer alıblar.

writer photo
Əlirza Əlirzalı
0