“Barselona” yayda Olmonu transfer edəcək
11.10.2023 - 22:46
“Barselona” yayda Olmonu transfer edəcək

“Leyptsiq”in yarımmüdafiəçisi Dani Olmo “Barselona”ya keçməyə çox yaxındır.

Apasportaz-ın məlumatına görə, bu barədə Almaniyanın “Bild” nəşri xəbər yayıb.

Transferin 2024-cü ilin yayında reallaşması gözlənilir. Keçidin dəyəri 60 milyon avrodur. 25 yaşlı futbolçu “Barselona” akademiyasının yetirməsidir. O, 2014-cü ildə Zaqreb “Dinamo”sundan komandanın gənclər heyətinə cəlb olunub. 

Qeyd edək ki, Olmo 2020-ci ildən “Leyptsiq”də çıxış edir.
 

writer photo
Əlirza Əlirzalı
0