Keyndən qol rekordu
18.12.2023 - 13:05
Harri Keyn Bundesliqa rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, “Bavariya”nın 30 yaşlı hücumçusu çempionatın ilk 14 matçında 20 qol vurub.
İngiltərə millisinin kapitanı çempionatın 15-ci turunun "Ştutqart"la görüşündə (3:0) dubla imza atıb. 20 qol səddinə 14 matçda çatmaq Bundesliqa tarixində ən yaxşı nəticədir. Uve Zeeler 21 matçda 20, Erlinq Haland isə 22 oyunda bu qədər qol vurub vurub.
Qeyd edək ki, bu mövsüm Münhen klubu ilə ümumilikdə 21 oyuna çıxan Keyn 24 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0