I dövrənin son oyunlarının vaxtı açıqlandı
07.11.2023 - 15:11
I dövrənin son oyunlarının vaxtı açıqlandı

I Liqada IX turun oyun cədvəli açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 Noyabrın 22-24-də keçiriləcək turun matçları üç günü əhatə edəcək. Bu qarşılaşmalarda I dövrəyə yekun vurulacaq.

Qeyd edək ki, turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

I Liqa
IX tur
22 noyabr (çərşənbə)
“İrəvan”–“Difai Ağsu”

“ASK Arena”, 13:00

23 noyabr (cümə axşamı)
“Araz-Saatlı”– MOİK

Saatlı OİK stadionu, 14:00

“Mingəçevir”–“Zaqatala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00

“İmişli”–“QaradağLökbatan”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:30

24 noyabr (cümə)
“Şamaxı”–“Karvan”

Şamaxı şəhər stadionu, 14:00
 

writer photo
Əlirza Əlirzalı
0