I Liqa təmsilçisi hakimliklə bağlı bəyanat yaydı
27.12.2023 - 00:08
 I Liqa təmsilçisi hakimliklə bağlı bəyanat yaydı

"Karvan" bəyanat yayıb.

 Apasport.az xəbər verir ki, Yevlax təmsilçisi I Liqanın XII turunun "Zaqatala"ya 0:2 hesabıyla uduzduğu ev oyununda vurduğu qolun ofsayd səbəbiylə sayılmamasına etiraz edib: "Karvan" futbol klubu olaraq "Zaqatala" ilə keçirilən son oyunumuzda əleyhimizə verilən qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur. Belə səhvlərlə bir çox oyunda qarşılaşsaq da, etirazımızı bildirməmişik.Bütün rəqiblərə hörmətlə yanaşırıq, təmiz futbol, ədalətli qərarlar istəyirik!"

Qeyd edək ki, Kənan Kərimovun baş məşqçisi olduğu kollektiv qış fasiləsinə 8-ci pillədə yollanıb.

writer photo
Əlirza Əlirzalı
0