Samir Abasovun heyətdən göndərəcəyi futbolçu
17.04.2023 - 21:35
Samir Abasovun heyətdən göndərəcəyi futbolçu

“Sumqayıt” yayda heyətində təmizləmə işləri aparacaq.

Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada yerini qorusa, bir neçə legioneri ilə yollarını ayıracaq. 

Qışda heyətə cəlb edilən oyunçulardan bəzilərinin göndərilməsi gözlənilir. Bu legionerlər arasında Kərim Abubakarın da adı var. 

Mövsüm başa çatdıqdan sonra qanalı forvardın komandadan göndərilmək ehtimalı yüksəkdir. Onun müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq. “Sumqayıt”a gələnə qədər “Bney Yahuda”, “Hapoel Akre”, “Don Benito”, “Plasensiya”, “Alkorkon” kimi klublarda oynayan Abubakarın çıxışı baş məşqçi Samir Abasovu qane etmir.

Qeyd edək ki, Karim cari mövsüm Premyer Liqada keçirdiyi 12 oyunda 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0