İki güləşçimiz finalda
23.09.2023 - 20:27
İki güləşçimiz finalda

İki yunan-Roma güləşçimiz Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

Apasport.az saytı xəbər verir ki, Həsrət Cəfərov (67 kq) və Murad Məmmədov (63 kq) bu uğura nail olublar.

Həsrət Cəfərov bu uğurla Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. O, yarımfinalda erməni güləşçi Slavik Qalstyana qalib gəlib.

Qeyri-Olimpiya Murad Məmmədov yarımfinal görüşünü uğurlu keçirib. Yerli idmançıya qalib glən Murad finalda mübarizə aparacaq.

Qeyd edək ki, final görüşləri sabah baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0