“Borussiya”dan gedir
16.05.2023 - 19:24
“Borussiya”dan gedir

Dortmund “Borussiya”sının futbolçusu Rafael Gerreyro yay transfer pəncərəsində Almaniya klubundan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayacaq.

Düzdür, Almaniya klubu futbolçuya yeni anlaşma təklif edib. Lakin Rafael bunu cavablandırmayıb.

O, cari mövsümdə 34 matç keçirib. Futbolçunun hesabında 5 qol və 14 assist var.

Qeyd edək ki, Gerreyro 2016-cl ildən Dortmund klubunda forma geyinir.

writer photo
Əlirza Əlirzalı
0