Mutunun bəyənmədiyi legioner
21.09.2023 - 15:42
Mutunun bəyənmədiyi legioner

“Neftçi”nin bəzi legionerləri qışda komandadan göndərilə bilər. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Adrian Mutu bir neçə legionerin çıxışından narazıdır. 

Komandadan göndərilə biləcək oyunçulardan biri Ataa Caberdir. Əslində, fələstinli futbolçunun hələ yayda “Neftçi”dən yola salınacağı gözlənilirdi. Amma son anda Bakı təmsilçisi onun qalmağına razılıq verdi. 

Dieqo Valdezin gəlişindən sonra isə həmin mövqeyə məhz paraqvaylının əsas oyunçu gözü ilə baxıldığı iddia edilir. Bu mənada, qışda Fələstin millisinin üzvünün karyerasını fərqli komandada davam etdirəcəyi gözlənilir. 

Qeyd edək ki, Ataa Caber “Neftçi”yə 2022-ci ildə “Aşdod”dan keçib.

writer photo
Əlirza Əlirzalı
0