37 yaşlı sabiq "Fənərbaxça"lı klubunu dəyişib
01.08.2024 - 17:58
37 yaşlı sabiq "Fənərbaxça"lı klubunu dəyişib

2016-cı ilin Avropa çempionu Naninin karyerasını harada davam etdirəcəyi məlum olub.

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu Portuqaliyanın "Estrela" klubuna keçib.

Tərəflər arasında bir mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Nani mayda "Adana Dəmirspor"dan ayrılıb. O, 2015-16 mövsümündə İstanbul nəhəngi "Fənərbaxça"nın şərəfini qoruyub. 

writer photo
Əlirza Əlirzalı
0