PSJ-nin Poçettinoya verəcəyi məbləğ müəyyənləşdi
01.07.2022 - 22:29
PSJ-nin Poçettinoya verəcəyi məbləğ müəyyənləşdi

PSJ istefaya göndərilən məşqçi korpusu ilə təzminat məbləğini razılaşdırıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Mauritsio Poçettino və onun köməkçilərinin əldə edəcəyi məbləğ müəyyənləşib.

Tərəflər arasında aparılan danışıqların yekununda argentinalı mütəxəssis 16 milyon avroluq təzminatı 10 milyona endirib. Bu məbləğin böyük əksəriyyəti ona, qalanı isə köməkçilərinə çatacaq. Tərəflər müqavilələrə xitam vermək üçün bütün lazımi sənədləri imzalayıblar.

Qeyd edək ki, PSJ-nin yeni baş məşqçisi Kristof Qaltyedir.

writer photo
Əlirza Əlirzalı
0