Braziliyadan iki rekord
06.12.2022 - 09:25
Braziliyadan iki rekord

Braziliya dünya çempionatları tarixinin iki yeni rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar bunu DÇ-2022-nin Cənubi Koreya ilə matçında rəsmiləşdirib.

Titenin yetirmələri Qətərdəki mundialın 1/8 finalında 4:1 hesabı ilə qalib gəlib. Bununla da pentakampeonlar yarışın 92 illik tarixində iki mütləq rekordu gerçəkləşdirib.

Bu oyun Braziliyanın mundiallarda 113-cü görüşü olub. Asiyalılarla qarşılaşmaya qədər Almaniya ilə eyni – 112 matça çıxan cənubi amerikalılar rekorda imza atıb.

Braziliya mundiallardakı qol sayında da rekord vurub. Bu matçadək Almaniya ilə eyni sayda – 232 dəfə fərqlənən sambaçılar Bundestimi arxada qoyub.

Qeyd edək ki, Braziliya 1/4 finalda Xorvatiya ilə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0