Misli Premyer Liqasında birinci hissədə və yekunda ən uğurlu nəticə göstərən komandalar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, geridə qalan 11 turdan sonra proqnozsevərlərin ilk yarıda və ikinci hissədə kimin uğurlu çıxışına mərc qoyuluşu edəcəkləri bilinib.
Matçların fasiləsinə öndə yollanıb, yekunda da üstünlüyünü qorumağı bacaran klubların siyahısına “Sabah” başçılıq edir. Paytaxt təmsilçisi 11 qarşılaşmanın 45 faizində fasiləyə qədər önə keçib və sonda 3 xalı aktivinə yazdırıb. “Qarabağ” və “Neftçi” növbəti yerləri tuturlar.
“Neftçi” keçirdiyi oyunların ikisində fasiləyə üstün yollansa da, meydanı məğlub tərk edib. Bu da 18 faizlik göstərici deməkdir.
İtkisiz irəliləyən “Qarabağ” bunu əsasən ikinci hissələrdəki performansına borcludur. Ağdamlılar matçlarının yarısında birinci hissədə müqavimətini qıra bilmədiyi rəqiblərini fasilədən sonra təslim olmağa məcbur edib.
Həm birinci hissədə, həm də yekunda məğlubiyyətə üzülməkdə “Kəpəz”ə çatan yoxdur. Gəncə təmsilçisi oyunlarının 55 faizində hər iki hissədə rəqibindən zəif olub.
Yer |
Komanda |
Oyun |
Q/Q |
Q/H |
Q/M |
H/Q |
H/H |
H/M |
M/Q |
M/H |
M/M |
1 |
Sabah |
11 |
45% |
0% |
0% |
27% |
9% |
9% |
9% |
0% |
0% |
2 |
Qarabağ |
10 |
40% |
0% |
0% |
50% |
0% |
0% |
10% |
0% |
0% |
3 |
Neftçi |
11 |
36% |
0% |
18% |
18% |
9% |
0% |
9% |
0% |
9% |
4 |
Zirə |
11 |
27% |
0% |
0% |
27% |
9% |
18% |
0% |
0% |
18% |
5 |
Qəbələ |
11 |
27% |
9% |
9% |
18% |
9% |
27% |
0% |
0% |
0% |
6 |
Turan Tovuz |
10 |
10% |
10% |
0% |
20% |
20% |
10% |
0% |
0% |
30% |
7 |
Səbail |
11 |
9% |
9% |
0% |
0% |
18% |
27% |
9% |
9% |
18% |
8 |
Sumqayıt |
11 |
0% |
0% |
0% |
0% |
36% |
18% |
0% |
0% |
45% |
9 |
Kəpəz |
11 |
0% |
0% |
9% |
0% |
9% |
9% |
9% |
9% |
55% |
10 |
Şamaxı |
11 |
0% |
0% |
9% |
0% |
27% |
36% |
0% |
9% |
18% |
Qeyd: Q (qələbə), H (heç-heçə), M (məğlubiyyət).