"Napoli" Spinazzolanı heyətinə qatıb
10.07.2024 - 16:05
"Napoli" Spinazzolanı heyətinə qatıb

İtaliyalı futbolçu Leonardo Spinazzola “Napoli”yə keçib.

Apasport.az xəbər verir ki, futbolçu yeni klubuna azad agent qismində qoşulub.

31 yaşlı müdafiəçi 2019-cu ildən “Roma”nın heyətində idi. Onun müqaviləsi ötən sezonun sonunda bitib.

Qeyd edək ki, Spinazzola keçən mövsüm “Roma” forması ilə 36 oyuna çıxıb. O,bu qarşılaşmalarda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.  

 

writer photo
Əlirza Əlirzalı
0