Millimiz üçün norveçli hakimlər
30.11.2023 - 19:06
DÇ-2024-ün elit-raund mərhələsində keçiriləcək Azərbaycan – Rumıniya oyununa hakim təyinatları müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Dekabrın 15-də Bakı İdman Sarayında keçiriləcək matçı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan – Rumıniya
DÇ-2024-ün elit-raund mərhələsi.
15 dekabr. Bakı idman Sarayı. Saat 20:00
Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz
Timekeeper: Ramil Namazov (Azərbaycan)
Qeyd edək ki, matç saat 20:00-da start götürəcək.
0
0