FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, ilin ilk cədvəlində Azərbaycanın 8 zəka sahibi yer alıb.
Ən yaxşı təmsilçimiz Teymur Rəcəbov 2747 xalla 11-cidir. 14-cü sırada qərarlaşan Şəhriyar Məmmədyarov ondan 7 xal geri qalır. Yığmamızın liderləri mövqelərini qoruyub.
2661 xala malik Qədir Hüseynov 84-cü pillədədir və yeri dəyişməyib. Hələ də Azərbaycan adından çıxarılmayan Arkadi Naydiç isə 5 rəqibini qabaqlayaraq, 79-cu yerə yüksəlib. O, 2663 xala malikdir.
Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir – 2859.
Qadın şahmatçılarımız arasında ən yüksək pillədə olan Günay Məmmədzadə (2472) 21-ci, Ülviyyə Fətəliyeva (2427) 38-ci, Gövhər Beydullayeva (2387) 63-cü, Xanım Balacayeva (2379) 71-cidir. Onların yeri dəyişməz qalıb. 2 pillə irəliləyən Gülnar Məmmədova (2376) isə 74-cü yerə qalxıb.
Qadınların siyahısında çinli Yifen Hou birincidir – 2638 xal.