İlkin Qırtımovun durumuna aydınlıq gəldi
22.07.2022 - 12:49
İlkin Qırtımovun durumuna aydınlıq gəldi

“Qəbələ”nin futbolçusu İlkin Qırtımovun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisi 32 yaşlı müdafiəçinin səhhətinin yaxşı olduğunu açıqlayıb.

Yeni transfer Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la Macarıstanda keçirilən matçda ciddi təhlükə yaşayıb. Rəqiblə toqquşaraq dili qatlanan və dərhal xəstəxanaya aparılan Qırtımovun vəziyyəti indi yaxşıdır və o, komanda ilə birlikdə Vətənə qayıdır.

Qeyd edək ki, “Fehervar” – “Qəbələ” oyunu meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında cavab görüşü iyulun 28-də Qəbələdə keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0