Avropa çempionatına hazırlıq davam edir
17.06.2024 - 21:00
Avropa çempionatına hazırlıq davam edir

Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo yığmasının təlim-məşq toplanışı keçirilir.

Apasport.az xəbər verir ki, hazırlıqda 30-a yaxın idmançı iştirak edir.

Tolanış iyunun 27-30-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Komandamız bundan əvvəl Türkiyə, Almaniya, Çexiyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edir.

Qeyd edək ki, hazırlığa iyunun 22-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0