Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıblar
30.09.2024 - 10:15
Azərbaycanın iki boksçusu Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş beynəlxalq turniri medalla başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala kimi irəliləyiblər. Həlledici görüşdə rəqiblər qalib gəldiyindən yığma üzvləri gümüş medala yiyələniblər.
Qeyd edək ki, Azərbaycan yarışda 2 boksçu ilə təmsil olunub.
0
0