"İmperator" Bakıya gəlir
29.04.2023 - 00:20
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Bakıya gələcək.
Apasport.az-ın məlumatına görə, 69 yaşlı mütəxəssis Bakı Konqres Mərkəzində çıxış edəcək.
"İmperator" ləqəbli məşqçi 17 iyun saat 19:30-da uğurlarından bəhs edəcək.
0
0