“Göstərdikləri xarakterə görə futbolçulara təşəkkür edirəm”.
Apasport.az saytı xəbər verir ki, bunu “Zenit”lə oyundan sonra “Neftçi”nin baş məşqçisi Iqor Getman deyib.
Matç TV kubokunda 1:3 hesabı ilə uduzan “ağ-qaralar”ın çalışdırıcısı rəqib komandanın gücündən danışıb: “Biz böyük büdcəyə malik komanda ilə qarşılaşdıq. “Zenit” yüksək səviyyəli futbolçulardan qurulu iki heyəti var. Biz bu baxımdan geri qalırıq. Istirahətdən yeni qayıtmışıq, komandaya bir az çətin idi. Sona yaxın gənclərə şans vermək qərarına gəldik.
Qeyd edək ki, turnir çərçivəsində “Neftçi” “Srvena Zvezda” və “Fənərbaxça” ilə qarşılacaq.