Kurtua: "Vinisius təhqirlərdən sonra da oyuna fikrini yönəldə bilir"
24.02.2023 - 23:31
Kurtua: "Vinisius təhqirlərdən sonra da oyuna fikrini yönəldə bilir"

“Bütün təhqirlərdən sonra o, diqqətini cəmləyə bildi və bəlkə də bu onu daha da gücləndirdi".

Apasport.az xəbər verir ki, bunu Madrid "Real"ının qapıçısı Tibo Kurtua komanda yoldaşı Vinisius Junior haqqında danışarkən deyib.

Belçika millisinin qolkiperi irqçi təhqirlərin Vinisiusu daha da gücləndirdiyini irəli sürüb: "Əvvəllər bu onu oyundan yayındırırdısa, indi o elə bir vəziyyətə gəlib ki, bütün diqqətini oyunlara yönəldir. Bu, qalib gəlməyimiz lazım olan Vinisiusdur. “Enfild”də gördüyümüz Vinisius hər oyunda bizə lazımdır”.

Qeyd edək ki, mövsüm ərzində Vinisius müxtəlif klubların azarkeşləri tərəfindən təhqirlərə məruz qalıb. La Liqada mövsüm ərzində braziliyalıya qarşı 8 irqçilik hadisəsi qeydə alınıb.

writer photo
Əlirza Əlirzalı
0