32 milyonluq təklif
29.08.2022 - 16:46
32 milyonluq təklif

“Çelsi”nin futbolçusu Konor Qallaher klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Kristal Pelas”ın hədəfindədir.

O, ötən mövsümdə bu komandada icarədə olub. “Kristal Pelas” rəhbərliyi onu transfer etmək fikrinə düşüb.

22 yaşlı oyunçu üçün 32 milyon avro təklif olunub. “Çelsi” isə futbolçunu icarəyə vermək fikrindədir.

Qeyd edək ki, Konor ötən mövsümün 39 görüşündə 8 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0