Suarez və Messi yenidən bir komandada
11.11.2023 - 16:19
Suarez və Messi yenidən bir komandada

Luis Suares yanvarda ABŞ-a köçəcək.

Apasport.əaz xəbər verir ki, uruqvaylı futbolçu yenidən Lionel Messi ilə bir komandada çıxış edəcək.

36 yaşlı oyunçu “İnter Mayami” ilə keçidin bütün detallarını razılaşdırıb. Hazırda Brazilyada “Qremio”nun şərəfini qoruyan veteran futbolçu dekabrın sonunda komandasını tərk edəcək. 

Qeyd edək ki, forvardın "Barselona"dakı keçmiş komanda yoldaşları Lionel Messi, Serxio Busquets və Jordi Alba da “İnter Mayami” komandasında çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0