Belqradda qızıl medal
11.09.2022 - 20:45
Belqradda qızıl medal

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşçiləri medallar uğrunda qarşılaşmalara başlayıb.

Azərbaycan təmsilçisi Eldəniz Əzizli də final görüşünə çıxıb. 55 kq çəki dərəcəsində çıxış edən idmançımız gürcüstanlı Nuqzari Tsurtsumiya ilə qarşılaşıb.

30 yaşlı güləşçimiz rəqibini 8:0 hesabı ilə məğlub edib. Bununla da Eldəniz ikinci dəfə dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Əzizli 2018-ci ildə də dünyanın ən güclüsü olub.
 

writer photo
Əlirza Əlirzalı
0