Emeri “Barselona”ya mümkün transferi təsdiqlədi
23.08.2022 - 15:11
Emeri “Barselona”ya mümkün transferi təsdiqlədi

“Vilyarreal”ın baş məşqçisi Unay Emeri sağ cinah müdafiəçisi Xuan Foytun “Barselona”ya mümkün transferini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis bu keçidi istisna etməyib.

Emeri Argentina millisinin üzvünü buraxmaq istəmədiklərini etiraf edib: “Deyəsən “Barselona”, həqiqətən də, Foytu transfer etmək istəyir. Xuan mənə “Vilyarreal”da xoşbəxt olduğunu söylədi. Onun gedişini istisna etmirəm, amma düşünürəm ki, qala da bilər”.

Qeyd edək ki, Xuan Foytun 30 milyon avro qarşılığında “Barselona”ya transferi gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0