İsrafilov və Şinyaşiki məşqlərə başladı, Qarayev zədələndi
02.11.2023 - 15:30
İsrafilov və Şinyaşiki məşqlərə başladı, Qarayev zədələndi

“Neftçi”nin zədəli futbolçularının durumu bəlli olub.

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komandanın heyətində zədəli futbolçular var. 

Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, mikro zədəsi olan Qara Qarayev də fərdi məşğul olur. Əvəzində, Eddi İsrafilov və Andre Şinyaşiki artıq komanda ilə məşqləri bərpa ediblər.

Misli Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Qəbələ” ilə matçda ötən turda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Yuri Matias iştirak etməyəcək.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu noyabrın 5-i saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0