“Jelezniçar”ın baş məşqçisi: “Neftçi” güclü rəqibdir"
21.07.2023 - 00:44
“Jelezniçar”ın baş məşqçisi: “Neftçi” güclü rəqibdir"

“Taktiki cəhətdən yaxşı oynadıq. Bizim üçün vacib qələbə idi”.

Apasport.az saytı xəbər verir ki, bunu, “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç deyib.

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Bosniya-Hersoqovina təmsilçisinin çalışdırıcısı komandasının oyunundan razı qalıb. Başıç Minsk “Dinamo”su ilə matçlarda futbolçuların çıxışına qiymət verib: “Futbolçuları və azarkeşləri təbrik edirəm. Biz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəldik”.

“Jelezniçar”ın baş məşqçisi “Neftçi” barəsində də danışıb: “Rəqib haqqında informasiyamız var. “Neftçi”ni Rusiyadakı oyunlarını izləmişik və güclü rəqibdir. Bizi çətin sınaq gözləyir. Bakını çox bəyəndik. Şadam ki, yenidən buraya səfər edəcəyik”.

Qeyd edək ki, Bakıda keçirilən cavab matçında “Jelezniçar” “Dinamo”ya qalib gələrək, iki oyunun nəticəsinə görə cütün qalibi olub.
 

writer photo
Əlirza Əlirzalı
0