"Qarabağ" "Ludoqorets"ə məğlub olarsa...
05.08.2024 - 15:58
"Qarabağ" "Ludoqorets"ə məğlub olarsa...

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsində məğlub olduğu halda Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. 

Apasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasında "Qarabağ" - "Lodoqorets" cütünün məğlubu UEFA Avropa Liqasının "play-off" mərhələsində "Petrocub" (Moldova) - "The New Saints" (Uels) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" - "Lodoqorets" cütünün ilk matçı sabah Bakıda keçiriləcək. Növbəti matç isə 1 həftə sonra Bolqarıstanda baş tutacaq. 

writer photo
Əlirza Əlirzalı
0