Ceyms Meddison “Tottenhem”də
29.06.2023 - 01:46
Ceyms Meddison “Tottenhem”də

“Tottenhem” Ceyms Meddisonla müqavilə imzalayıb.

Apasport.az saytı xəbər verir ki, bu transfer üçün London klubu 40 milyon avro ödəyib. 

Premyer Liqanı tərk edən “Lester” Meddisonun transferinə “yaşıl işıq” yandırıb. 2022/23 mövsümündə 30 matçda 10 qol vuran yarımmüdafiəçi “Tottenhem”in təklifini qəbul edib. Müqavilə 2028-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Ceymsi transfer etmək istəyən klublar arasında “Nyukasl”ın şansı daha yüksək sayılırdı.
 

writer photo
Əlirza Əlirzalı
0