Kadi "Qarabağ"dan getdi – RƏSMİ
04.01.2023 - 20:10
Kadi "Qarabağ"dan getdi – RƏSMİ

Braziliyalı futbolçu Kadi Borqes "Qarabağ"ı tərk edib.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Kadi Borqesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq. Keçidin detalları açıqlanmayıb.

Kadi 2021-ci ilin yayından "Qarabağ"da oynayırdı.

writer photo
Əlirza Əlirzalı
0