Beş milyon avro qarşılığında “Qarabağ”dan “Krasnodar”a keçən Kadi Borgeslə bağlı bəzi yeni faktlar üzə çıxıb.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Rusiya klubuna transfer olunmaq üçün israr edən braziliyalı yarımmüdafiəçi 3 ay öncə onlarla gizli danışıqlara başlayıbmış.
“Krasnodar”ın nümayəndələri ilə bu müddətdə bir neçə dəfə fikir alış-verişi edən “sambaçı” sevgilisinin də Rusiyada yaşamağı arzuladığını bildirib.
Odur ki, cənubi amerikalı son vaxtlar “Qarabağ”da işinə bir qədər barmaqarası yanaşıb. Məşqlərdə əvvəlki tək həvəsli görünməyib və bu, oyunundakı düşüşü da şərtləndirib.
Onun hərəkətlərindəki dəyişikliyi görən Qurban Qurbanov bir neçə xəbərdarlıq edib. Hətta bəzən hazırlıq prosesindən kənarlaşdırıb və cərimələyib.
Kadi baş məşqçini əsəbiləşdirməsinin fərqinə varıb, lakin ailəsi və sevgilisinin təsiriylə heç cür fikrini bir yerə cəmləyə bilməyib.
Braziliyalı komanda yoldaşlarıyla söhbətlərində əla təkliflər aldığını və “Qarabağ”dan ayrılmağa hazırlaşdığını söyləyib.