Qarşınızda "Neftçi"nin yeni baş məşqçisi: Miodraq Bojoviç
24.12.2023 - 18:55
Qarşınızda "Neftçi"nin yeni baş məşqçisi: Miodraq Bojoviç

"Neftçi" yeni baş məşqçi təyinatı edib.

Apasport.az xəbər verir ki, bu, monteneqrolu mütəxəssis Miodraq Bojoviç olub.

55 yaşlı məşqçinin rəsmi təqdimatı "Kəpəz"lə matçdan dərhal sonra "Neftçi" Arena"da olub. Onunla müqavilə jurnalistlərin qarşısında imzalanıb. Anlaşmanın müddəti "6 ay + 1 il"di.

Onu da bildirək ki, 23 illik məşqçi karyerası olan Bojoviç daha çox Rusiya Premyer Liqasında işləyib.

writer photo
Əlirza Əlirzalı
0