Kadinin transferindən Braziliya klubuna da pul ödəniləcək
09.01.2023 - 01:25
Kadinin transferindən Braziliya klubuna da pul ödəniləcək

 Kadinin satışından Braziliyanın "Koriçiba" klubu da qazanc əldə edəcək.

Apasport.az xəbər verir ki, "Krasnodar" klubunun 4,8 milyon avroya aldığı futbolçuya FIFA-nın həmrəylik proqramı çərçivəsində Kadini yetişdirmiş "Koriçiba"ya da pul veriləcək. 

Belə ki, məbləğin 4,19 faizi (təxminən 200 min avro) Kuriçiba klubuna ödəniləcək. Çünki bu klub 12-23 yaş aralığında Kadini yetişdirib. O, peşəkar futbolçu kimi 2019-cu ilədək "Koriçiba"da 31 matç keçirib və 4 qol vurub.

Qeyd edək ki, "Krasnodar" klubu yaxın günlərdə Kadi ilə 2026-cı ilin yayınadək müqavilə imzalayacaq.

Səbuhi Musa 

 
writer photo
Əlirza Əlirzalı
0