"Başakşehir" "Fənərbaxça"dan ayrılması gündəmdə olan Emre Morla bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, "Başakşehir"in çalışdırıcısı Çağdaş Atan "Fənərbaxça"ya 1:0 uduzduqları matçdan sonra Emre Morun transferi ilə bağlı danışıb.
43 yaşlı mütəxəssis Emre Moru çox bəyəndiyini və istədiyini bildirib: "Məncə, "Fənərbaxça"da istədiyi qədər vaxt tapa bilməz, bəlkə bu variantı düşünə bilər".
Danışıqların davam etdiyini deyən Çağdaş Atan, Emre Morun onları gücləndirəcəyini düşündüyünü vurğulayıb.
"Fənərbaxça"nın 2022-23 mövsümündən əvvəl "Fatih Karagümrük"dən transfer etdiyi Emre Morun "sarı-göylülər"lə 2025-ci ilə qədər müqaviləsi var. Bu mövsüm bütün yarışlarda 7 matça çıxan və 144 dəqiqə meydanda olan Əmrə Mor 2 məhsuldar ötürmə edib.