"Neftçi" İvan Brkiçlə yollarını ayırıb
09.07.2024 - 22:35
"Neftçi" İvan Brkiçlə yollarını ayırıb

“Neftçi” qapıçı İvan Brkiçlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Neftçi" 29 yaşlı xorvatiyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunmuş Brkiç bu müddət ərzində “Neftçi”nin heyətində 68 oyun keçirib. Onun "Neftçi" ilə gələn ilin yayına qədər müqaviləsi var idi.

 

 

writer photo
Əlirza Əlirzalı
0