Kadinin yeni ünvanı bəlli olub
08.07.2024 - 17:15
Kadinin yeni ünvanı bəlli olub

“Qarabağ”ın sabiq futbolçusu Kadi Borqesin yeni komandası müəyyənləşib.

Braziliyalı futbolçu Macarıstanın “Ferentsvaroş” klubuna keçib. Apasport.az xəbər verir ki, bunu “Krasnodar”ın mətbuat xidməti açıqlayıb.

“Qarabağ” yarımmüdafiəçinin transferi üçün danışıqlar aparsa da, Kadi Macarıstana getməyi üstün tutub.

Qeyd edək ki, Borqes Rusiya klubuna 2023-cü ilin yanvarında “Qarabağ”dan transfer olunub. O, “qara-yaşılların” heyətində 44 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


 

writer photo
Əlirza Əlirzalı
0