“Milan” azarkeşlərinə şad xəbər
26.09.2023 - 12:01
“Milan” azarkeşlərinə şad xəbər

“Milan”ın zədəliləri sıraya qayıdıb.

Apasport.az saytı xəbər verir ki, İtaliya klubunda qapıçı Mik Menyan və müdafiəçi Teo Ernandesin sağaldığı bildirilib.

Hər iki futbolçu komandanın məşqlərində iştirak etməyə başlayıb. Onların A seriyasının VI turunda “Kalyari” ilə matçda iştirak edəcəyi gözlənilir. 

Qeyd edək ki, çempionatın geridə qalan 5 oyununda 4 qələbə qazanan “rossioneri” 12 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0