UEFA "Legiya"nı cəzalandırdı
22.03.2024 - 14:19
UEFA "Legiya"nı cəzalandırdı

Polşanın "Legiya" klubu UEFA tərəfindən cəzalandırılıb. 

Apasport.az xəbər verir ki, “Legiya” Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu zamanı polşalı azarkeşlərin “Molde” komandasının oyunçularına ünvanladığı təhqiramiz işarələrə görə UEFA tərəfindən cəzalandırılıb.

Beləliklə, komanda avrokubokların növbəti mövsümündə tamaşaçısız bir matç keçirəcək. 

Qeyd edək ki, Stanislav Çerçesovun çalışdırdığı "Legiya" 0:3 hesabı ilə uduzaraq avrokubokları tərk edib. 

writer photo
Əlirza Əlirzalı
0