Jayden Oostervolde seçim qarşısında
18.10.2023 - 11:51
Jayden Oostervolde seçim qarşısında

"Fənərbaxça"nın futbolçusu Jayden Oostervolde milli komanda ilə bağlı seçim qarşısında qalıb.

Apasport.az xəbər verir ki, bunu Avropa nəhənglərinin hədəfində olan niderlandlı sol cinah müdafiəçisinin özü açıqlayıb. 

22 yaşlı futbolçu milli komanda seçimi ilə bağlı açıqlamasında Türkiyə yığmasında oynamaq ehtimalına aydınlıq gətirib: "Bir neçə milli komandada oynamaq şansım var. Amma əsas məqsədim Niderland millisidir. Mənimlə türkiyəlilər özləri əlaqə saxladılar. Amma Niderland millisində oynamaq istədiyimi dedim. Əslində özümü türk kimi hiss etmirəm. Bu səbəbdən Türkiyə milli komandası seçimi mənim üçün çətin olacaq".

Qeyd edək ki, müdafiəçi 2022/23 mövsümündə "Parma" dan "Fənərbaxça"ya transfer olunub.
 

writer photo
Əlirza Əlirzalı
0