Koutinyo “Aston Villa”nın qərarını gözləyir
06.09.2023 - 21:43
Koutinyo “Aston Villa”nın qərarını gözləyir

Filipe Koutinyonun yaxın günlərdə “Aston Villa”nı tərk edəcək.

Apasport.az saytı xəbər verir ki, braziliyalı futbolçu Qətərdən aldığı təklifə müsbət cavab verib.

“Əl-Duhail” ilkin mərhələdə Koutinyonu icarəyə götürmək niyyətindədir. Qətər klubu 31 yaşlı illik məvacibini ödəməyə hazırdır. Bütün suallara “Aston Villa”nın verəcəyi qərardan sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Beşiktaş” və “Betis” 31 yaşlı futbolçunu heyətinə cəlb etmək istəsə də, braziliyalı bu transferdən imtina etmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0