Çağlar Söyüncü üçün yeni namizədlər var
09.01.2024 - 16:00
Çağlar Söyüncü üçün yeni namizədlər var

“Atletiko”nun müdafiəçisi Çağlar Söyüncü komandadan ayrıla bilər.

Apasport.az xəbər verir ki, türkiyəli İtaliya və İngiltərə klublarının diqqət mərkəzinə düşüb. 27 yaşlı futbolçusunun transferində “Fulhem” “Roma”ya rəqib olub.

İngiltərə təmsilçisi 20 min avro ödəyərək oyunçunu transfer etmək niyyətindədir.

Qeyd edək ki, Çağlar “Atletiko”ya ingilislərin “Lester Siti” klubundan keçib.

writer photo
Əlirza Əlirzalı
0