"Yuventus" üçün "Napoli"dən imtina etdi
10.01.2024 - 10:18
"Yuventus" üçün "Napoli"dən imtina etdi

Fransa U21 millisinin və "Borussiya"nın yarımmüdafiəçisi Manu Kone "Yuventus"a keçmək istəyir.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Napoli" 22 yaşlı futbolçunu almaq üçün cəhd etsə də, yarımmüdafiəçi bundan imtina edib. Fransalı "Yuventus"a keçmək üçün yaya qədər gözləmək niyyətindədir.

"Transfermarkt" Manu Konenin transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, futbolçunun Münhenqladbax təmsilçisi ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

 

writer photo
Əlirza Əlirzalı
0