Premyer Liqada ən çox seyv edən qapıçı bilindi
29.10.2022 - 00:16
Premyer Liqada ən çox seyv edən qapıçı bilindi

İngiltərə Premyer Liqasında cari mövsüm ən çox seyv edən qapıçıların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, araşdırma orta hesabla faiz nisbətinə əsasən aparılıb.

Siyahıya “Çelsi”nin qapıçısı Kepa Arrizabalaqa başçılıq edir. İspaniyalı qolkiper çərçivəyə gələn zərbələrin 91,3 faizinə düzgün reaksiya göstərərək komandasını qoldan xilas edib. İkinci pillədə onun “Nyukasl”lı həmkarı Nik Pul qərarlaşır. İlk “üçlüy”ü isə “Everton”un qolkiperi Cordan Pikford qapayır.

1. Kepa Arrizabalaqa (“Çelsi”) - 91,3 faiz
2. Nik Poul (“Nyukasl”) – 78,7
3. Cordan Pikford (“Everton”) - 78,2
4. Lukaş Fabyanski (“Vest Hem”) - 77,3
5. Neto (“Bornmut”) - 74,2

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 13 tur geridə qalıb.

writer photo
Əlirza Əlirzalı
0