FIFA-ya Ukraynadan müraciət: “İran mundiala buraxılmasın”
01.11.2022 - 10:06
FIFA-ya Ukraynadan müraciət: “İran mundiala buraxılmasın”

İranın dünya çempionatından uzaqlaşdırılması üçün FIFA-ya təzyiqlər artır.

Apasport.az saytının məlumatına görə, son olaraq Ukrayna tərəfi buna qarşı olduğunu bəyan edib.

Ukrayna Futbol Assosiasiyası ali futbol qurumuna rəsmi müraciət edərək, İranın DÇ-2022-yə buraxılmamasını tələb edib. Həmçinin başqa bir neçə federasiya da İranın əvəzinə İtaliya yığmasının Qətərə yollanmasının tərəfdarıdır.

Qeyd edək ki, noyabrın 20-də başlayacaq dünya çempionatında İran B qrupunda İngiltərə, ABŞ və Uelslə mübarizə aparacaq.
 

writer photo
Əlirza Əlirzalı
0