Keçmiş “Fənərbaxça”lı karyerasını bitirib
13.09.2024 - 09:42
Argentinalı futbolçu Dieqo Perotti karyerasını bitirib.
Apasport.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.
Futbolçu 2020/21 mövsümündə İstanbul təmsilçilərindən "Fənərbaxça"nın şərəfini qoruyub.
Karyerası ərzində “Roma”, “Sevilya”, “Cenoa”, “Salernitana” kimi klublarda çıxış edən Perotti Argentina yığmasının da üzvü olub. Yarımmüdafiəçi 2022-ci ilin fevralından klubsuz idi.
0
0