Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin xidmətində maraqlı olan klublar var.
Apasport.az saytına verilən məlumata görə, futbolçunun agenti Türkiyə və Yunanıstan klubları ilə danışıqlara başlayıb.
“Buriram Yunayted”də xoşbəxt olmayan millimizin üzvü də Türkiyə Superliqasına qayıtmağı çox istəyir.
Məsələ burasındadır ki, Şeydayevə qarşı münasibət Asiya Çempionlar Liqasının “Zeyianq”la görüşündə baş vermiş davadan sonra dəyişib.
Tailanddan ayrılmaq istəyən azərbaycanlı futbolçuya artıq təkliflər gəlib. Maraqlıdır ki, agentinin ilk danışıqları zamanı artıq onun xidmətində maraqlı olan klublar ortaya çıxıb.
“Antalyaspor” və “Sivasspor” Ramili heyətinə qatmağı planlaşdırır. Amma keçidin nə vaxt baş tutacağı dəqiq deyil.
Dəqiq olan azərbaycanlı futbolçunun tez bir zamanda Tailanddan ayrılmaq istəməsidir.