Tarixin ən pis Braziliya millisi
23.11.2023 - 00:17
Tarixin ən pis Braziliya millisi

Futbol üzrə Braziliya milli komandası antirekorda imza atıb.

Apasport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 0:1 hesabı ilə məğlub olan "sambaçılar" cari ildə 5-ci məğlubiyyətini alıb. 

Beşqat dünya çempionları 9 oyunun 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib. Braziliya millisi tarixdə ilk dəfə bir ildə keçirdiyi matçların yarısından çoxunda məğlub olub. 

Onların bundan qabaqkı ən pis göstəriciləri 1963 (18 görüşün 8-də məğlubiyyət - 44 faiz) və 2001-ci ildə (20 matçın 8-də məğlubiyyət - 40 faiz) qeydə alınıb.

writer photo
Əlirza Əlirzalı
0