Kənan Kərimov: "Qarabağ" səfərdə daha iddialı, daha yaxşı oynayır" - Açıqlama
20.08.2024 - 15:48
Kənan Kərimov: "Qarabağ" səfərdə daha iddialı, daha yaxşı oynayır" - Açıqlama

"Qarabağ"ın veteran forvardı Kənan Kərimov apasport.az saytına açıqlama verib.

O, Ağdam klubunun bu gün Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo"ya (Zaqreb) qarşı keçirəcək oyunundan gözləntilərini bölüşüb.

Kərimovun fikrincə, Azərbaycan çempionu iki oyunun nəticəsinə görə Çempionlar Liqasının qrup mərhələsinə düşəcək: "Hər şeydən əvvəl "Qarabağ"a uğurlar arzulayıram. Aydın məsələdir ki, rəqib artıq "Ludoqorets" yox, daha səviyyəli, Avropa səhnəsində daha tanınmış "Dinamo"(Zaqreb) klubudur. Həmin "Dinamo" uzun illərdir ki, öz çempionatlarında hegemonluq edirlər, ev oyununda daha aqressiv, daha çox hücum futbolu oynayan komandadır. Son matç da göstərdi ki, "Qarabağ" səfərdə daha iddialı, daha yaxşı oynayır. Fikrimcə, "Qarabağ" bu gün öz möhtəşəm oyunu ilə bizi bir daha sevindirəcək. Rəqib "Dinamo" olsa belə, "Qarabağ"ın uğurlu çıxışına inanıram. Bayaq dediyim kimi, komandamız səfər matçlarında daha yaxşı, daha inamlı çıxış edir. "Qarabağ"dan gözəl nəticə gözləyirik. Düzdür, bəzi futbolçular zədəli ola bilər. Amma "Qarabağ"da bugünkü gündə heyət baxımından problem yoxdur. Onları əvəzləyəcək futbolçularımız var. "Qarabağ"a uğurlar arzulayaq. İnanıram ki, iki oyunun nəticəsinə görə "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşərək bizi sevindirəcək".

writer photo
Əlirza Əlirzalı
0