"Abşeron"dan möhtəşəm start
06.11.2023 - 19:27
"Abşeron"dan möhtəşəm start

Bu gün Bakı idman sarayında voleybol üzrə yüksək liqanın açılış oyununda son Azərbaycan çempionu “Azərreyl” və ölkə kubokunun qalibi “Abşeron” qarşılaşdı.

Apasport.az saytı xəbər verir ki, gərgin mübarizədə Famil Ağayevin komandası adlı-sanlı rəqibini 3:1 məyus etdi – 27:25, 23:25, 25:16, 25:20

Növbəti matçlar isə noyabrın 7-də Voleybol Mərkəzində baş tutacaq. Həmin gün ilk olaraq saat 15:00-da “Milli Aviasiya Akademiyası” və “UNEC” kollektivləri meydana çıxacaqlar. Günün növbəti görüşü “Gəncə” və “Murov Az Terminal” klubları arasında olacaq. Bu qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, V tur çərçivəsində baş tutacaq bu matçlar mərkəzi oyun olaraq müəyyənləşdirildiyi üçün daha əvvəl keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0